Dağıstan əsilli Amir İbrahimov ilk peşəkar müqaviləsini Premyer Liqa təmsilçisi “Mançester Yunayted”lə imzalayıb.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi baş verənlərdən məmnun olduğunu, lakin həyatında ciddi dəyişiklik olmadığını qeyd edib.
O, bu mövsüm liqada 16 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib. O, UEFA Gənclər Liqasının 2 oyununda da meydana çıxıb.
Futbolçu daha əvvəl İngiltərə gənclər komandasının oyunlarında iştirak edib.