Dadaşovun Türkiyə klubuna transferi yubanır

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun “Ankaragücü”nə transferi yubanır.

Futbolpress.az xəbər verir ki, forvard I Liqa klubu ilə bütün detallarda razılığa gəlib. Ancaq “Ankaragücü” İsveçrə təmsilçisi “Qrasshopper”lə hələ anlaşa bilməyib. Tərəflər arasında danışıqlar bir müddətdir davam edir və qısa zamanda yekunlaşacağı gözlənilir.

Dadaşov hazırda Ankaradadır və tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

“Ankaragücü”nün baş məşqçisi Cihat Arslan Dadaşovun transferində çox istəklidir və klub bu səbəbdən onun keçidi üçün israrcıdır.

Renat ötən mövsümdə Super Liqada “Hatayspor”da çıxış edib və 31 oyunda 7 qol vurub.