Futbol üzrə Türkiyə 1-ci Liqasında XXI turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” doğma meydanda “Erzurumspor”u qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard oyuna start heyətində başlayıb. O, 69-cu dəqiqədə əvəzlənib.
21 turdan sonra aktivində 30 xal olan “Ankaragücü” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.