Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” komandasının Türkiyə Kubokunda növbəti rəqibi bəlli olub.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda V turda aşağı liqa klubu “Menemen”lə qarşılaşacaq. Görüşün keçirilmə tarixi hələ dəqiqləşməyib.
Renat bir müddətdir, zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb. Oyunçu artıq sağalıb və qarşıdakı oyunlarda şans veriləcəyi halda, meydana çıxa bilər.