Dadaşovun klubunda baş məşqçi ayrılığı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü”ndə baş məşqçi Cihat Arslan ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Ankaragücü” bu mövsüm Türkiyə I Liqasında 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə uduzub. Komanda 6 xalla 13-cüdür.