Azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü”nün yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisinin sükanı Kenan Koçaka tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Koçak bu postda bir neçə gün əvvəl istefaya göndərilən Cihat Arslanı əvəzləyib.
“Ankaragücü” bu mövsüm Türkiyə I Liqasında 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə uduzub. Komanda 6 xalla 13-cüdür.