Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor”un yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Özhan Pulata tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
“Hatayspor”da Azərbaycan millisinin hücumçusu Renat Dadaşov forma geyinir.
Hatay təmsilçisi Super Liqada 34 turdan sonra 33 xalla 18-ci sıradadır.