Dadaşov qələbənin iştirakçısı oldu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Yeni Malatyaspor”la qarşılaşıb. Matç “Ankaragücü”nün qələbəsiylə başa çatıb – 3:0.

Dadaşov bu görüşdə 82-ci dəqiqədə meydana daxil olub.

“Ankaragücü” 9 turdan sonra 13 xalla 8-ci sıradadır.