Dadaşov hazırdır

“Ankaragücü”nün hücumçusu Renat Dadaşov sağalıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığmasının forvardı oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu. Bir müddətdir məşqləri bərpa edən hücumçu oynamağa hazırdır.

“Ankaragücü” I Liqada “Boluspor”un qonağı olacaq. Görüş dekabrın 8-də baş tutacaq.

“Ankaragücü” çempionatda 20 xalla 9-cudur.