“Zirə”nin futbolçusu Ceyhun Nuriyev Konfrans Liqasının pley-off mərhələsində sabah “Omoniya”ya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi görüşlə bağlı bunları deyib:
“Sabah vacib və çətin oyuna çıxacağıq. Rəqibi təhlik etmişik. Tapşırıqları meydanda icra etməyə çalışacağıq. Cütün taleyi ikinci oyunda həll olunacaq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik”.