Madrid “Real”ının yayda yarımmüdafiəçi Orelyen Çuamenini satmağı düşündüyü, klubun prezidenti Florentino Peresin fransız futbolçunun oyunundan narazı olduğu bildirilir.
Futbolpress.az xəbər verir ki, Peres Çuamenini klubdan göndərmək istədiyi 3 oyunçudan biri kimi müəyyənləşdirib və ona uyğun təklifin gəlməsini gözləyir. 24 yaşlı oyunçu böyük gözləntilərlə “Real”a qatıldı, lakin stabil çıxış edə bilmədi. Bununla belə, klubun hazırkı zədə böhranı işləri çətinləşdirə bilər, çünki Karlo Ançelotti Çuamenini mövsümün ortasında buraxmaq istəmir.
Fransalı yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.