ÇSKA-nın sabiq hücumçusu “Kəpəz”də

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

Futbolpress.az xəbər verir ki, hücumçu Lassana Ndiaye ilə müqavilə bağlanıb. Malili futbolçu ilə anlaşmanın müddəti “1+1” illikdir.

23 yaşlı forvard Rusiya, İsveç, Bolqarıstan və Serbiyada top qovub. Onun legioner karyerası MOİK (Moskva) ilə başlayıb. Lassanın son klubu “Botev” (Vratsa, Bolqarıstan) olub.

Ndiaye Malinin 17 və 20 yaşlılardan ibarət yığmalarının formasını da geyinib.