Danimarka millisinin futbolçusu Kristian Eriksen Avro-2024-də Sloveniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Çox məyusuq. Üstünlüyü ələ alsaq da, sona qədər qoruya bilmədik. Belə şeylər adamı daha çox məyus edir. Bir xalla turnirə başladıq. Qarşıdakı oyunlarda daha çox güc sərf etməliyik”.