Coşqun oynamadı, komandası bərabərə qaldı

Türkiyə I liqasında XXXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” evdə “Esenler Erokspor”la qarşılaşıb. Oyun 3:3 hesabı ilə başa çatıb.

Coşqun bu görüşün iştirakçısı olmayıb.

Aktivində 47 xalı olan “Çorum” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.