Coşqun oynadı, komandası uduzdu

Türkiyə I Liqasında XXII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” səfərdə “Çorum”a 0:4 hesabla darmadağın olub.

Görüşə start heyətində başlayan Coşqun, oyunun sonuna qədər meydanda olub.

22 turdan sonra aktivində 34 xalı olan “Bandırmaspor” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.