Türkiyə I Liqasında XVIII turun növbəti oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” doğma meydanda “Manisaspor”la qarşılaşıb. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Görüşə start heyətdə başlayan Diniyev sona qədər meydanda olub.
Bu nəticədən sonra “Bandırmaspor” 33 xalla 2-ci pillədə qərarlaşıb və lider “Kocaelispor”dan 5 xal geri qalır.