Coşqun oynadı, komandası qələbə qazandı

Türkiyə I liqasında XXXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” evdə “Mansia”nı qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə yekunlaşıb.

Matça start heyətində başlayan Coşqun sona qədər meydanda olub.

Aktivində 51 xalı olan “Çorum” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.