Coşqun oynadı, komandası bir xal qazandı

Azərbaycanlı futbolçu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Erokspor”la qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

Coşqun bu görüşdə 72-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.

“Bandırmaspor” 17 turdan sonra 33 xalla 20 komanda arasında 2-cidir.