Coşqun məğlubiyyətin iştirakçısı oldu

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Bandırma təmsilçisi “Keçiörengücü” ilə qarşılaşıb. Matç “Bandırmaspor”un məğlubiyyəti ilə başa çatıb – 1:2.

Coşqun oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.

“Bandırmaspor” 21 turdan sonra 34 xalla 4-cü sıradadır. “Keçiörengücü” isə 30 xalla 11-ci pillədə qərarlaşıb.