Coşqun Diniyevin yeni klubu bilindi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev karyerasını Türkiyədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi I Liqa təmsilçisi “Bandırmaspor”la razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 28 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanacaq.

Coşqunun son klubu “Ümraniyespor” olub. O, iyulun əvvəlindən azad agentdir.