COP29-un prezidenti Muxtar Babayev Moskvada Rusiya Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirib.
Futbolpress.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib. Paylaşımda görüşdən fotolar yerləşdirilib və bunlar qeyd olunub:
“Rusiya Elmlər Akademiyası Xəzər dənizində yaşayış mühitinin mühafizəsi üçün innovativ həllər nümayiş etdirib. Dünyanın hidroloji dinamikada irəliləyişlərdən tutmuş vəhşi təbiətin tədqiqinə qədər effektiv tədbirlər görmək üçün ambisiyalı ideyalara və tərəfdaşlığa ehtiyacı var”.
Bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.
Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.