COP29-un prezidenti GECF-in baş katibi ilə görüşdü

COP29-un prezidenti Muxtar Babayev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə Mohamed Hamei özünü “X” hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycanın COP29-a hazırlığı müzakirə edilib. Hamei Azərbaycanın COP-a ev sahibliyi edən üçüncü GECF üzvü olduğunu bildirib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsində GECF-in dəstəyini ifadə edib.

Baş katib təbii qazın əlverişli, etibarlı və dayanıqlı enerjinin təmin edilməsində mühüm rolunu da vurğulayıb. O, Azərbaycanın enerji siyasətini yüksək qiymətləndirib