COP29-un prezidenti Assefa ilə görüşdü

COP29-un prezidenti Muxtar Babayev Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsində paylaşım edilib.

COP29 sədrliyi nazir Fitsum Assefa ilə ikitərəfli müzakirələr aparıb:

“İnkişafın planlaşdırılması iqlim fəaliyyətinə nail olmaq üçün həyati əhəmiyyət kəsb edəcək. Odur ki, bu, COP29 ambisiya səviyyələrini yüksəltmək və iqlim maliyyəsi vasitəsilə hərəkətə keçmək üçün tərəfləri bir araya gətirir”.