COP29-un Baş danışıqçısı Qlobal Forumda iştirak edib

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev şəffaflıq üzrə Qlobal Forumda iştirak edib.

Futbolpress.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib. Paylaşımda bunlar qeyd olunub:

“COP29 Baş danışıqçısı Yalçın Rəfiyev Yaponiyanın paytaxtı Tokioda keçirilən şəffaflıq üzrə birinci Qlobal Forumda iştirak üçün nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti milli iqlim planlarının və şəffaflıq hesabatlarının kollektiv iqlim ambisiyalarımızın artırılmasında oynaya biləcəyi mühüm rolu müzakirə edib”.

Qeyd edək ki, Yaponiyada mayın 20-21-də şəffaflıq üzrə Qlobal Forum keçirilib. Forumda Paris Sazişinin Genişləndirilmiş şəffaflıq sisteminin tələb etdiyi kimi iqlim dəyişikliyi ilə mübarizədə informasiya şəffaflığının əsas rolu müzakirə olunub.

Bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.