COP29: Muxtar Babayev Avstriyanın ekologiya naziri ilə görüşdü

COP29-un prezidenti Muxtar Babayev Avstriyanın ekologiya naziri ilə görüş keçirib.

Futbolpress.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsində paylaşım edilib. Postda bunlar qeyd olunub:

“Avstriyanın iqlim mühafizəsi, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiyalar üzrə federal naziri Leonora Qevessler ilə maraqlı görüş oldu. Biz uğurlu COP29 üçün Avstriya ilə işləməyi səbirsizliklə gözləyirik”.

Bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.