“Bayer”in icraçı direktoru Simon Rolfes müdafiəçi Conatan Tanın gələcəyi ilə bağlı danışıb.
Futbolpress.az xəbər verir ki, funksioner adı “Bavariya” və “Barselona” ilə hallanan oyunçu haqda bunları deyib:
“Vəziyyəti gözləyirik. Hələ razılıq yoxdur. Düşünürəm ki, sonda Conatan bizimlə qalacaq. Hər iki klubdan “Bayer”lə görüşən olmayıb”.
Daha əvvəl Conatanın “Bavariya” ilə razılaşdığı iddia edilib.