ÇL: “Qarabağ”ın potensial rəqibi məlum oldu

Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” III təsnifatda Bolqarıstan “Ludoqorets”ini keçsə, növbəti rəqibi Zaqreb “Dinamo”su (Xorvatiya) olacaq.

“Qarabağ” bolqarlarla ilk oyunu sabah Bakıda keçirəcək. Cavab görüşü bir həftə sonra səfərdə olacaq.