ÇL: “Neftçi”nin rəqibi bilindi

Bu gün qadınların Çempionlar Liqasında ilk mərhələnin püşkatma mərasimi təşkil olunub.

Futbolpress.az xəbər verir ki, püşkün nəticəsinə görə, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Neftçi” bu mərhələdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınların Çempionlar Liqasında ilk mərhələnin oyunları 4 və 7 sentyabr tarixlərində keçiriləcək.