Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı məlum olub.
Futbolpress.az xəbər verir ki, PSJ “Arsenal”ı qəbul edib. Parisdə baş tutan görüşə saat 23:00-da start verilib. Görüş parislilərin qələbəsiylə başa açıb – 2:1. PSJ iki oyunun nəticəsinə görə finala adlayıb.
Komandalar arasındakı ilk oyunda PSJ qələbə qazanıb – 1:0.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
7 may
23:00 PSJ – Arsenal 2:1
Qollar: Fabian Ruis, 27, Aşraf Hakimi, 72 – Bukayo Saka, 76
İlk oyun 1:0