Çempionlar Liqasında VI turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu ada “Arsenal”dan Bukayo Saka, “Bavariya”dan Maykl Olise, “Atletiko”dan Antuan Qrizmann və “Brest”dən qapıçı Marko Bizo namizəd göstərilib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.