Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vuruldu.
Futbolpress.az xəbər verir ki, ilk matçda “Arsenal”a 0:3 hesabıyla uduzan “Real” bu dəfə rəqibinə azarkeşləri önündə məyus olub. Bununla da “kral klubu” 1/4 finalda mübarizəni dayandırıb.
Digər matçda isə Almaniyanın “Bavariya” klubu İtaliyada “İnter”lə bərabərə qalıb. Yekun nəticəyə görə “İnter” yarımfinala adlayıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
16 aprel
İnter – Bavariya 2:2
Qollar: L.Martinez, 58, B.Pavard, 61 – H.Keyn, 52, E.Dyer, 76
İlk oyun 2:1
Real – Arsenal 1:2
Qollar: V.Junior, 67 – B.Saka, 65, Q.Martinelli, 90+3
İlk oyun 3:0