“Aston Villa”nın hücumçusu Morqan Rocers Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu olub.
Futbolpress.az xəbər verir ki, “Seltik”lə görüşdə (4:2) forvard het-trik etməklə, bu mükafata sahib çıxıb.
Rocers səsvermədə “İnter”dən Lautaro Martinez (“Monako” ilə het-trik), PSJ-dən Ousman Dembele (“Ştutqart”la het-triki) və “Atletiko”dan Antuan Qrizmanı (“Zalsburq”la dubl) qabaqlayıb .