ÇL-də komandasına kömək edə bilməyəcək

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında “İnter”lə matçda komandasına kömək edə bilməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb. Mənbə bildirib ki, əzələ lifi qopduqdan sonra qapıçı fərdi proqram üzrə məşqlərə davam edib. Onun sözlərinə görə Noyer çox güman ki, Almaniya kubokunun “Haydenhaym”la matçını da buraxacaq.

39 yaşlı Noyer bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 26 qol buraxıb və 18 oyunda qapınısını toxunulmaz saxlayıb. 

Çempionlar Liqasının 1/4 final mərhələsinin “İnter” – “Bavariya” cavab oyunu aprelin 16-sı saat 23:00-da başlayacaq.