ÇL-də həftənin oyunçusu bəlli oldu

Bu həftə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Madrid “Real”ının hücumçusu Kilian Mbappe Avropanın əsas klub turnirində həftənin ən yaxşı oyunçusu seçilib. Mbappe dünən baş tutan “Real” – “Mançester Siti” ilə ev oyununda het-trik edib. Madrid komandası 3:1 hesabı ilə qalib gələrək turnirin növbəti mərhələsinə yüksəlib.

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-i cümə günü keçiriləcək. “Real”ın rəqibi ya “Atletiko” (Madrid), ya da “Bayer” (Leverkuzen) olacaq.