Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri – “Ludoqorets” və “Dinamo” (Minsk) Bolqarıstanda üz-üzə gəlib. Matç bolqarların qələbəsiylə başa çatıb.
Yunanıstanın PAOK komandası azarkeşləri önündə Bosniya və Herseqovinanın “Borats” klubunu məğlub edib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
PAOK (Yunanıstan) – Borats (Bosniya və Herseqovina) 3:2
Qollar: K.Kulirakis, 17, 39, V.Trost-Ekonq, 51 – S.Herrera, 22 (pen.), E.Kulaşin, 45+3
Ludoqorets (Bolqarıstan) – Dinamo (Minsk, Belarus) 2:0
Qollar: B.Tekpetey, 9, T.Nedelev, 45+1 (pen.)
Çelye (Sloveniya) – Slovan (Bratislava, Slovakiya) 1:1
Qollar: L.Bobicaneç, 7 – D.Strelek, 11