ÇL: “Birbaşa”dan qələbə

Minifutbol üzrə “Birbaşa” komandası Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyanın “Livorno” komandası ilə qarşılaşıb. Matç “Birbaşa”nın qələbəsiylə başa çatıb – 3:1.

Azərbaycan təmsilçisi ilk oyunda İspaniya “Malaqa”sı ilə heç-heçə edib – 2:2. “Birbaşa”nın növbəti görüşü bu gün Çexiyanın “Brno” komandasına qarşı olacaq.