Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Bayer” Fransada “Brest”in qonağı olub. Matç bərabərliklə başa çatıb. Madrid “Atletiko” isə “Lill”ə uduzub.
“İnter” “Yanq Boyz”a, “Liverpul” isə “Leypsiq”ə minimal hesabla qalib gəlib.
Turun mərkəzi görüşü İspaniyada baş tutub. “Barselona” burada Almaniyanın “Bavariya” komandasını 4 qolla məğlub edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
23 oktyabr
Atalanta (İtaliya) – Seltik (Şotlandiya) 0:0
Brest (Fransa) – Bayer (Almaniya) 1:1
Qollar: P.Lees-Melu, 39 – F.Virts, 24
Atletiko (İspaniya) – Lill (Fransa) 1:3
Qollar: Y.Alvares, 8 – E.Zergova, 61, C.Devid, 74 (pen.), 89
Barselona (İspaniya) – Bavariya (Almaniya) 4:1
Qollar: Rafinya, 1, 45, 56, R.Levandovski, 36 – H.Keyn, 18
Benfika (Portuqaliya) – Feyenoord (Niderland) 1:3
Qollar: K.Aktürkoğlu, 66 – A.Ueda, 12, A.Milambo, 33, 90+2
Mançester Siti (İngiltərə) – Sparta (Çexiya) 5:0
Qollar: F.Foden, 3, E.Haaland, 58, 68, C.Stounz, 64, M.Nunes, 88 (pen.)
Leypsiq (Almaniya) – Liverpul (İngiltərə) 0:1
Qol: D.Nunyes, 27
Zalsburq (Avstriya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:2
Qollar: S.Kulenoviç, 49, B.Petkoviç, 84
Yanq Boyz (İsveçrə) – İnter (İtaliya) 0:1
Qol: M.Türam, 90+3