ÇL: Azərbaycan komandasından məhsuldar heç-heçə

Minifutbol üzrə “Aznur” komandası Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi Polşanın “Qalport” komandası ilə qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.

“Aznur” qrupdakı ilk oyununda Fransanın “Les Piopio” komandasını məğlub edib – 2:1.

Komanda növbəti matçını bu gün saat 19:00-da Ukrayna təmsilçisi “Andezit”ə qarşı keçirəcək.