Futzal UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün H qrupunda son oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, təmsilçimiz İsveçin “Uddevalla” klubu ilə üz-üzə gəlib. Görüş “Araz-Naxçıvan”ın məğlubiyyəti ilə başa çatıb – 3:4.
Azərbaycan komandası yekunda mübarizəni dayandırıb. Qrup mərhələsində ilk iki oyunu qazanan “Araz-Naxçıvan” qrup lideri ola bilmədiyi üçün turnirlə vidalaşıb.