ÇL: “Arsenal”dan darmadağın, “Real”dan parlaq qələbə

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, günün birinci matçı Belçikada keçirilib. Ötən mərhələdə “Atalanta”nı mübarizədən kənarlaşdıran “Brügge” azarkeşləri önündə “Aston Villa”ya uduzdu.

Madrid “Real”ı “Atletiko”nu, “Arsenal” isə PSV-ni məğlub etdi. Dortmund “Borussiya”sı isə “Lill”lə heç-heçə edib.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

4 mart

Brügge (Belçika) – Aston Villa (İngiltərə) 1:3

Qollar: De Kuper, 12 – L.Bayley, 3, B.Meçele, 82 (avtoqol), M.Asensio, 88 (pen.)

Borussiya (Dortmund, Almaniya) – Lill (Fransa) 1:1

Qollar: K.Adeyemi, 22 – H.Haraldson, 68

PSV (Niderland) – Arsenal (İngiltərə) 1:7

Qollar: N.Lanq, 43 (pen.) – J.Timber, 18, E.Nvaneri, 21, M.Merino, 31, M.Odeqard, 47, 73, L.Trossard, 48, R.Kalafiyori, 85

Real (İspaniya) – Atletiko (İspaniya) 2:1

Qollar: Rodriqo, 4, B.Diaz, 55 – X.Alvares, 32