Çexiya millisi ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, yığmanın forvardı Patrik Şik Gürcüstanla oyunda zədələndiyi üçün Avro-2024-dəki növbəti görüşü buraxa bilər. Futbolçunun durumu ciddidir və onun son görüşdə meydana çıxması gğzlənilmir.
Çexiya millisi F qrupunda Türkiyə, Portuqaliya və Gürcüstanla mübarizə aparır. Aktivində bir xal olan çexlər qrup mərhələsinin üçüncü – sonuncu turunda Türkiyə ilə üz-üzə gələcək. Matç iyunun 26-da olacaq.