Cerrardla yollar ayrılır

Stiven Cerrard “Əl-İttifaq”ın baş məşqçi postunu tərk etməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, 2023-cü ilin iyulunda “Əl-İttifaq”a keçən Cerrard ilk dövrdəki nikbinliyə baxmayaraq, komanda Səudiyyə Ərəbistanı Pro Liqasında çətinliklərlə üzləşdi. Bu da onun klubdakı gələcəyi ilə bağlı müzakirələrə səbəb oldu. Son xəbərlər hər iki tərəfin yollarını ayırmaq barədə razılığa gəldiyini və tezliklə rəsmi açıqlamanın gözlənildiyini göstərir. Qərarın şəxsi səbəblərə görə verildiyi bildirilir.

İngiltərəli mütəxəssisin Səudiyyə Ərəbistanı təmsilçisiylə müqaviləsi 2027-ci ilin yayına kimi idi.