Stanislav Çerçesov Qazaxıstan millisi ilə müqavilə imzalamağa yaxındır.
Futbolpress.az “Sport24″ə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis danışıqların son mərhələsi üçün Qazaxıstana gedib.
Tərəflər arasında 3 illik (2+1) müqavilə imzalanacaq.
O, Maqomed Adiyevi əvəzləyəcək.
60 yaşlı çalışdırıcının Azərbaycan millisi ilə də danışıqlar apardığı iddia olunurdu.