Qazaxıstan millisində baş məşqçi Stanislav Çerçesov ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Çerçesov 2024-cü ilin yayında Qazaxıstan yığmasına baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında 6 oyunda 1 heç-heçə edib, 5 dəfə uduzub.