Çerçesov: “Azərbaycan zəngin futbol ənənələri olan ölkədir”

Rusiyalı mütəxəssis Stanislav Çerçesov Azərbaycan yığmasında baş məşqçi postuna namizədlər arasında olmasını şərh edib.

Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan məşqçi hələ rəsmi təklifin olmadığını deyib:

“Belə məlumatları görmüşəm. Amma hələ danışıqlar rəsmi vəziyyətə keçməyib.

Belə şeylərə ciddi yanaşıram. Azərbaycan zəngin futbol ənənələri olan ölkədir. Orada millidə olan problemləri həll etmək olar. Üstəlik, ölkə prezidenti İlahm Əliyev tək futbolu deyil, bütün peşəkar və kütləvi idman tədbirlərini dəstəkləyir, böyük diqqət ayırır.

Daha əvvəl Avropa Liqasının finalının Bakıda keçirilməsi çox şeydən xəbər verir. AFFA-nın yeni prezidenti Rövşən Nəcəf indi quruma rəhbərlik edir və o, vaxta ehtiyacı olan gənc liderdir”.

Azərbaycan millisində baş məşqçi postu boşdur. Bu vəzifəni müvəqqəti Arif Əsədov yerinə yetirir.

Çerçesov son olaraq Macarıstanın “Ferentsvaroş” komandasını çalışdırıb. O, yaydan işsizdir.