Çerçesov Azərbaycanla oyunu canlı izləyəcək

Qazaxıstan yığmasına baş məşqçi təyin olunan Stanislav Çerçesov komandasının Azərbaycanla Macarıstanda keçiriləcək yoldaşlıq oyununu canlı izləyəcək.

Futbolpress.az xəbər verir ki, Qazaxıstan millisini Azərbaycanla yoldaşlıq görüşünə baş məşqçi kimi Ruslan Baltiyev çıxaracaq.

Çerçesov isə oyunu tribunadan izləyəcək. Mütəxəssis qeyd edib ki, komandasının oyununu canlı görmək istəyir. O, komandanın qarşıdakı iki oyun üçün heyətinin formalaşdırılmasında iştirak etməyəcək.

Rusiyalı məşqçi iyundan sonra işinə rəsmən start verəcək.

Qazaxıstan iyunun 11-də Azərbaycanla qarşılaşacaq.