Serie A klubu “Cenoa” nəzarət səhm paketi də daxil olmaqla, klubdakı 77% payını Dan Şkukuya satdığını təsdiqlədi.
Futbolpress.az xəbər verir ki, Dan Şkuk Rumıniyanın ən böyük mebel şirkəti olan “Mobexpert”in yaradıcısıdır. O, həmçinin “Rapid” (Buxarest) klubunun səhmlərinin 90%-nə sahibdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
“Major səhmdarın dəyişməsi İtaliyanın ən qədim klubunun tarixində yeni bir səhifədir və ümid edirik ki, Dan Şkukunun gəlişi iqtisadi sabitlik və komandanı və infrastrukturu gücləndirmək üçün yeni investisiyalar gətirəcək. “Cenoa” azarkeşlərinə davamlı dəstəyə görə təşəkkür edir və bu yeni mərhələnin klubun layiq olduğu nüfuzu artıracağına ümid edərək gələcəyə inamla baxır”.