Cengiz “Fənərbağça”dan ayrıla bilər

Türkiyəli futbolçu Cengiz Ünder “Fənərbağça”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, Fransanın “Nant” klubu cinah oyunçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Fransa təmsilçisi Cengiz üçün rəsmi müraciət etsə də, rədd cavabı alıb. “Fənərbağça” türkiyəli üçün 15 milyon avro tələb edib.

Ünder bu mövsüm 5 oyunda meydana çıxıb.