Çempionlar Liqasının finalına bu şəhər ev sahibliyi edəcək

2025/2026-ci illər mövsümündə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunana iclasında qəbul edilib.

Belə ki, növbəti mövsümün finalı Budapeştdə baş tutacaq.

Bu il finala İngiltərə ev sahibliyi edir.