Çempionlar Liqasının finalı bu kanallarda

Bu gün Çempionlar Liqasının qalibi məlum olacaq.

Futbolpress.az xəbər verir ki, həlledici oyunda “Real” və “Borussiya” (Dortmund) komandaları üz-üzə gələcək.

Görüşü “CBC Sport”, “Futbol 1”, “Matç Premyer”, “Matç Russia”, “TV8” telekanallarından canlı izləmək mümkün olacaq.

İngiltərədə “Uembli” stadionunda baş tutacaq görüşə saat 23:00-da start veriləcək.